» » Benzin satışı dayanır? RƏSMİ


"Bütün istehlak edilən yanacaq növləri əhaliyə sərbəst şəkildə satılır"

Azərbaycanda yanacağın satışı ilə bağlı heç bir məhdudiyyət qoyulmayıb. SOCAR satışla bağlı yayılan məlumatlara münasibət bildirib. 

Qurumdan verilən məlumata görə, SOCAR-ın Heydər Əliyev adına neft emalı zavodu öz fəaliyyətini normal rejimdə davam etdirir.

"Ölkəmizin enerji təhlükəsizliyi tam təmin olunub. Bütün istehlak edilən yanacaq növləri əhaliyə sərbəst şəkildə satılır. Bu istiqamətdə narahatlıq üçün heç bir əsas yoxdur.

Əziz vətəndaşlarımızı təşviş yaradan şayiələrə yox, yalnız rəsmi məlumatlara inanmağa çağırırıq”.