» » Müğənni Kərim Abasovun ailəsinə ağır itki -


Müğənni Kərim Abbasova ağır itki üz verib.

starxeber.az xəbər verir ki, ifaçının atası səhər saatlarına dünyasını dəyişib. O, bununla bağlı sosial şəbəkədə məlumat verib:

“Məni yetim qoyub gedən atam, lay-lay. Sənsizliklə məni tez imtahana çəkdin. Sən mənim başımın tacı idi. Dərdimə əlac idin. Səssiz-səmirsiz, fikir edən canına qurban olum. Atasız, yetim kəlməsi bu gündən sonra mənimlədir.

Allah sənə qəni-qəni rəhmət eləsin. Sən gör necə gözəl insan olmusan ki, Ramazan ayında haqqın rəhmətinə qovuşdun. Yat, rahat yat. Oğlunun yanında rahat yat. Qardaşımı itirdim, səni itirdim. Məni də gözləyin gələcəm”.