» » UEFA Türkiyə klubunu cərimələdi


UEFA Türkiyənin "Başakşehir" klubunu 1 500 avro cərimələyib.

starxeber.az xəbər verir ki, buna İstanbul təmsilçisinin azarkeşlərinin Danimarka "Kopenhagen"i ilə Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda fişəng yandırmaları səbəb olub.

Cərimə qərar kluba daxil olduqdan sonra 90 gün ərzində ödənməlidir.

Qeyd edək ki, martın 12-də "Fatih Terim" stadionunda keçirilmiş matç "Başakşehir"in qələbəsi ilə yekunlaşıb. Cavab görüşünün koronavirus pandemiyası ilə əlaqədar nə vaxt keçiriləcəyi məlum deyil.