Avropada çıxış edən ən yaxşı gənc futbolçu müəyyənləşib.
starxeber.az xəbər verir ki, "Goal" nəşrinin versiyasına əsasən, bu ada "Real Madrid" klubunun hücumçusu Rodriqo Qoes layiq görülüb.
19 yaşlı braziliyalı forvard cari mövsüm "kral klubu"nun heyətində 21 oyun keçirib. Gənc futbolçu bu matçlarda 9 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
İkinci pillədə İspaniya "Barselona"sının hücumçusu Ansu Fati qərarlaşıb. İngiltərə təmsilçisi "Mançester Yunayted"in oyunçusu Meyson Qrinvud isə sıralamada 3-cüdür.
Ən yaxşı gənc futbolçuların "Top-10"luğu isə belədir: