» » Bakıda küçəyə çıxmaq üçün icazə alınacaq


Bəlli nömrəyə sms və ya zəng edib çölə çıxma səbəbi izah ediləcək

"Yaxın saatlarda küçəyə çıxmaqla bağlı icazə qaydaları açıqlanacaq”.  Bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirib. 

Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişevin sözlərinə görə, karantin rejiminin qaydalarına əsasən, istisna hallarda evdən çıxmalarına icazə verilir. "Vətəndaşların çıxmalarının səbəbinin izahı artıq öz həllini tapıb.

Hərəkət qısa zamanda elektron cihazlarla tənzimlənəcək: "Bununla bağlı yaxın saatlarda qərar ictimaiyyətə açıqlanacaq. Evdən çıxmamışdan əvvəl vətəndaş bəlli nömrəyə sms və ya zəng edib çölə çıxmaqlarının səbəbi izah ediləcək. Bu halda icazə veriləcək. Çölə çıxan şəxs şəxsiyyət vəsiqəsini quraşdırılan polis naryadlarına təqdim edəcək və planşet vasitəsilə baxılacaq ki, ona icazə verilib ya yox".