» » Sabah qar yağacaq


Səhər Bakıda dumanlı hava olacaq
Sabah yağmurlu hava gözlənilir. 

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə aprelin 3-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər saatlarında duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturu  Abşeron yarımadasında gecə 6-9, gündüz  12-15, Bakıda  gecə 7-9, gündüz 13-15 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi 760 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85, gündüz 50-55 faiz təşkil edəcək.  

Aprelin 3-də Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb  küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək, gündüz şərq küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturu  gecə 5-10,  gündüz 15-20 dərəcə isti, 

dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək  isti, gündüz 5-10 dərəcə isti olacaq.