» » "Türkanın şəxsi həyatı ilə mənim..."


Meyxanaçı Pərviz Bülbülə duet ortağı müğənni Türkan Vəlizadə ilə aralarında olan münasibətdən bəhs edib. 
 
starxeber.az-ın məlumatına görə "Hər şey daxil" verilişində qonaq olan duet ortaqları aralarında olan münasibətdən danışıblar və Pərviz ona heç bir vaxt qadağa qoya bilməyəcəyini bildirib. 


" Türkana heç bir şeyi qadağa qoya bilmərəm. O, çox gözəl dost və yoldaşdı amma onun şəxsi həyatı ilə mənim şəxsi həyatımın bir-birinə heç bir adiyyatı yoxdur. İnsana valideyni qadağa qoyar. Türkan özü bilir ki, kim onu istəyir, kim istəmir. Mən onunla görüşəndə qeybet yox, onun kimin sevdiyini deyirəm. Türkanla görüşümüz ancaq məclisdən-məclisə olur. "
 
Pərvizin bu dediklərindən sonra Türkan "Mən Pərviz məktəbi keçmişəm" deyib.