» » Putin Azərbaycan xalqını təbrik edib


Rusiya Federasiyasının prezidenti Vladimir Putin 9 May - Qələbə günü münasibətilə prezident İlham Əliyev və Azərbaycan xalqını təbrik edib.

starxeber.az xəbər verir ki, bu barədə Kremlin rəsmi saytında məlumat yayılıb.

Putin Azərbaycanın dövlət başçısı ilə yanaşı, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan və Özbəkistanın liderlərinə təbrik məktubu göndərib.

"Döyüş meydanlarında işğalçılara qarşı cəsarətlə döyüşən və arxa cəbhədə fədakarlıq göstərən qəhrəmanları hörmətlə yad edirik. Bizim ümumi vəzifəmiz onların çoxsaylı fədakarlıqlarını həmişə xatırlamaq, müharibə veteranlarını qayğı və diqqəti ilə əhatə etməkdir ", - deyə Rusiya nın prezidenti bildirib.