» » 4 övlad atası olan Elçin: "Elina da mənim qızım, o müdirə işdən çıxarılmaqla canını qurtara bilməz"


“Allah lənət eləsin o cür məktəb direktoruna ! İnsan nə dərəcədə bivec, ağılsız, vicdansız olar ki, balaca qızcığazın ölümündən sonra onu cəmiyyətə əxlaqsız kimi təqdim etsin".

4 uşaq atası olan müğənni Elçin Hüseynov da məktəbdə intihar edən 14 yaşlı Elina Hacıyevanın ölümünə susmayıb. O, öz fikirlərini BiG.AZ-la bölüşüb:


"O müdirə “xanım” işdən çıxmaqla canını qurtarmamalıdır. 4 övladım var, Elina da mənim qızım. Onu geri qaytarmaq olmayacaq, amma övladlarımız, balalarımız üçün ayağa qalxaq cəmiyyət olaraq elə tədris mərkəzlərində çalışan dırnaqarası insanları rədd edək, biz bir olsaq bunu bacaracağıq. Sağ olsun prezidentimiz İlham Əliyev cənabları da Elina ilə bağlı tapşırıq verdi, ən azı günahkarlar cəzalansa, mərhumun anasının da, ürəyinə su səpilər”.