закрыть
Test

Test2

Bakıda London derbisi olacaq: “  Çelsi” və “Arsenal” finalda

İdman 10-may, 10:019 1 484
Futbol üzrə Avropa Liqasında finalçılarının adı məlum olub.

STARXEBER.AZ-ın məlumatına görə, finalda İngiltərənin "Arsenal" və "Çelsi” klubları bu üz-üzə gələcək.

"Topçular" yarımfinalda İspaniya "Valensiya"sını üstələyib. Londondakı ilk görüşdə 3:1 hesablı qələbə qazanan Unay Emerinin baş məşqçi olduğu kollektiv səfərdə də 2 top fərqi ilə qalib gəlib - 4:2. "Arsenal"ın qollarından 3-nü Pyer Emerik Obameyanq, digərini Aleksandr Lyakazett vurub. "Valensiya"dan isə bu gün 32 yaşı tamam olan Kevin Qameyro fərqlənib. 

"Çelsi” isə "Ayntraxtı” penallaşma ilə məğlub edib 5:4

Final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq.
Oxşar xəbərlər

SON XƏBƏRLƏR