» » Aygünlə Arif Məlikovun ARXİV


Xalq artisti Aygün Kazımova instaqram hesabında arxiv fotosunu yayımlayıb.

starxeber.az xəbər verir ki, məşhur bəstəkar, SSRİ və Azərbaycanın Xalq artisti Arif Məlikovla  çəkdirdiyi şəklini paylaşan sənətçi fotoya bunları qeyd edib:

“Hər zaman diqqət və qayğısıyla mənə ruh verən... Azərbaycan bəstəkarlıq məktəbinin sonuncu mogikanlarından, dünyaca məşhur baletlərin, simfonik əsərlərin müəllifi Arif Məlikov... Allah rəhmət eləsin”.

Qeyd edək ki, Arif Məlikov 30 ildən artıq Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq kafedrasına rəhbərlik edib, Bəstəkarlar İttifaqının idarə heyətinin üzvü olub.