» » Bu gün Bakıda konsert olacaq


Bu gün Heydər Əliyev Mərkəzinin parkında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü və Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə konsert proqramı təqdim olunacaq.

starxeber.az xəbər verir ki, konsert proqramında "Rast” qrupu və Rusiyanın "S-brothers-S” DJ layihəsi çıxış edəcək.

Qeyd edək ki, Xalq artisti Arif Məlikovun xatirəsinə ehtiram əlaməti olaraq dünən ləğv edilən konsertdə çıxışı nəzərdə tutulan estrada təmsilçilərimiz də bu gün səhnəyə çıxacaq.

Tədbirə giriş sərbəstdir.