» » 19 yaşlı futbolçu öldü


İtaliyanın "Atalanta" klubunun futbolçusu Andrea Rinaldi dünyasını dəyişib. 

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 
19 yaşlı yarımmüdafiəçi dünən beyin damarlarında anevrizma (genişlənmə) diaqnozu ilə xəstəxanaya yerləşdirilib. 

Qeyd edək ki, Andrea Rinaldi bu mövsüm D Seriyası klubu "Lenyano"da icarə əsasında forma geyinib.

Müqavilə müddəti iyunun 30-dəkdir. O, "Atalanta" klubunun yetirməsidir.