» » "İndi kişilər dəymə-düşər olub" -


"Analar oğullarını qız kimi böyüdürlər: başına sığal vurur, dəymə-düşər edirlər. İndiki zamanda kişi küsür. Qadın küsər. Bəzi kişilər özlərini elə aparır ki, istəyirsən bir dəstə gül və kanfet aparasan, üzr istəyəsən. Əvvəl qadına edərdilər bunu".

Bu sözləri aparıcı Aytən Səfərova "Bizimləsən" verilişində deyib. Kişilərdən bəhs edən aparıcı valideynləri qınayıb:

"İndi üç cins var: əvvəl əsl kişi və xanım-xatun qadın idi. İndi isə kişi, qadın və arvadlar var. Həm qadın, həm kişi cinsindən olanlar arvaddır. Qadına əl qaldıran kişilər var. Əsəbləşdi bir dəfə sillə vurdu, onu anlamaq olar. Amma ikinci dəfə təkraralananda, qaçmaq lazımdır. Bu, artıq mütəmadi olacaq.
Otdan kül törəyir. Nə qədər ata-ana can yandırırsa xeyri yoxdur, uşağın qanı pisdirsə, elə pis də olacaq".

Qadına şiddətdən danışan A.Səfərova "Qadın şiddət gördüyü yoldaşını polisə də verə bilmir. Sabah qohumlar düşəcək qızın üstünə ki, oğlumuzu tutdurdunuz. İki qəbilə dava edəcək. Mən bunlara qəbilə deyirəm. Hamilə qadının üstünə düşürlər. Daş adamları kimi bir-birinin üstünə gedir, qız qalır ortada. İndi atalar var ki, deyir, qızım boşandı, kənddə insan içinə çıxa bilmərəm" sözlərini söyləyib.

Aytən daha sonra qohum nikahlarına qarşı çıxdığını söyləsin:

"Azərbaycanda analar, atalara səslənirəm: niyə övladınızı qohuma ərə verirsiniz? Əmioğlu, dayıoğluna qız verirsiz?".

///axsam.az