» » "Mən də Vasif Məhərrəmlini dinləmirəm" -


Müğənni Talıb Tale Əməkdar artist Vasif Məhərrəmlinin onun ünvanına dediyi tənqidlərə sərt cavab verib.

Talıb bu haqda "Show news" proqramında danışıb. İfaçı Məhərrəmlinin "Talıb Taleni dinləmirəm və ifasını bəyənmirəm" sözlərinə əsəbiləşib:

"Tənqidlərə cavab vermirəm. Birini o deyir, birini sən deyirsən, məsələ uzanır. Heç mən də Vasif Məhərrəmlini dinləmirəm. Zövqə qalsa, onun səsini bəyənmirəm. Burada nə var ki? Dinləmir, əcəb edir. Ona deyim niyə dinləmirsən? Mən də çox insanı dinləmirəm".



///axsam.az