» » "Prodüserlər məni toydan uzaqlaşdırır" -


"Artıq "tənbəl" adını üstümdən götürün. Musiqiçiyə qiymət vermək lazımıdr. Qiyməti gördüyün yerə gedirsən. Gözəl efirlər olanda, mən də gözəl ifalar oxumağa çalışıram".

Bu sözləri müğənni Ramal İsrafilov "Şou ATV" verilişində qonaq olarkən deyib. Sənətçi ona "tənbəl" deyənlərə əsəbiləşdiyini gizlətməyib:

"Məni sevməyənlər efir adamlarına tənbəl ifadəsini yaydılar. Sonra da toy sahibləri düşünür ki, onu çağırmayaq tənbəldir. Bir məclisə getdim, hörmətli adam yaxınlaşıb dedi ki, bizim toya gəlmədin. Ona deyiblər ki, Ramal Bakıda deyil.

Bəzi prodüserlər var ki, çalışırlar məni toydan uzaqlaşdırıb, öz müğənnilərini salsınlar. Məni sevən axır-əvvəl gəlib tapır. Zərrə qədər də ziyan vurmursunuz mənə".

///axsam.az