» » Yeni ata olan Tacirdən ŞOK AÇIQLAMA:


"Bunların hamısını mən yaratmışam. Təbiətə çox bağlı insanam. Bu güllər hamısı açanda elə bil ki, mənə həyat bağışlayır".

Milli.Az xəbər verir ki, bunu "Şou ATV"yə evində qonaq olduqları Tacir Şahmalıoğlu saldığı bağı göstərəkən deyib.


Ömrünə az qaldığını deyən sənətçi gözyaşları içində son arzusunu da açıqlayıb:

"Haradasa ürəkdə təskinlik tapmaq üçün edirəm. Qarabağın itirlmiş torpaqlarının yerini verə bilməz. Bunları yaratmaq məqsədim odur ki, tez ölüb gedəcəm. Vətən həsrəti çəkən insanlar çox yaşaya bilməz. Gecə yatanda da o torpaqlar yuxuma girir. Ömrümə bir gün də qalsa əhdim var ki, yaşadığım o kəndimə, o torpağıma gedim. Dizin-dizin sürünəcəm qapıya qədər. Həyatda yaxşı yaşamışam, xalqımla həmişə təmasda olmuşam. Gözüm arxada getmirəm. Həyatda hər şeyi görmüşəm. Həmişə xalqım tərəfindən sevilmişəm. Amma bir arzum var. Bir arzum var ki, Azərbaycan Qarabağda qələbə çalsın, mən o qələbəni görüm. Daha heç nə istəmirəm".

Xatırladaq ki, keçən ilin may ayında 54 yaşında üçüncü dəfə ata olan T.Şahmalıoğlunun iki oğlu və bir qızı var.