» » Səbinə Babayeva boşanıb


Əməkdar artist Səbinə Babayeva boşanıb.

Bu haqda müğənni özü məlumat verib. O bildirib ki, rejissor əri Cavidan Şərifovla yollarını ayırıblar:

"Ciddi adət-ənənələrin olduğu ailədə böyümüşəm. Qurduğum öz ailəm mənim üçün hər şeydən öndə gəlir. Tamamilə öz ailəmə bağlı olmuşam, bu mənim üçün ən böyük xoşbəxtlik idi.

 Təəssüflər olsun ki, anlaşılmazlıqlar mənim ailə həyatıma son qoydu. Bizim çox sevdiyimiz oğlumuz var və onun tərbiyəsi, gələcəyi bizim hər birimiz üçün hər şeydən önəmlidi. Öncədən məni sevən və dəstək verən hər kəsə təşəkkür edirəm. Media nümayəndələrindən xahiş edirəm ki, bu çətin vaxtda bizi incitməyəsiniz. Mövzu haqqında mənim ilk və son şərhimdir. Hər birinizə xoş arzular diləyirəm".

///axsam.az