» » "Ronaldonun Dağıstanda təhlükəsizliyinə cavabdeh deyiləm" - Həbib


Yüngül çəki dərəcəsində UFC versiyası üzrə son çempion Həbib Nurməhəmmədov "Yuventus"un hücumçusu Kriştianu Ronaldu ilə dostluğundan danışıb.

Dağıstanlı idmançı portuqaliyalı superulduzla tez-tez yazışdığını bildirib. Ancaq Həbib yaxın dostunu Dağıstana dəvət etmək barədə düşünmədiyini söyləyib:



"Digər idman növü ilə məşğul olan bir çox şəxslə münasibətim var. Eləcə də Ronaldu ilə hər oyundan sonra yazışırıq. Onu Dağıstana dəvət etmək? Bilmirəm, hələ indiyə kimi belə bir fikrim olmayıb. Çünki bunun üçün ona cangüdən tutmalıyam. Bizdə təhlükəsizlik mətbuatda göstərildiyi kimi deyil. İstənilən halda, Ronaldu dünyanın ən məşhur idmançısıdır. Onun təhlükəsizliyinə cavabdehlik daşımaq istəmərəm. Amma belə istədiyi vaxt bura gələ bilər. Onu qarşılaşmağıma şad olaram".

///qol.az