» » Sosial mediada Namiq çaşqınlığı -


Meyxanaçı Namiq Qaraçuxurlu sosial media paylaşımı ilə diqqət çəkib.

Sənətçi İnstaqram səhifələrinin birində keçirilən sorğuya verilən cavablardan birini izləyiciləri ilə bölüşüb.

Sözügedən səhifədə bir qız və oğlanın fotosu paylaşılıb. İzləyicilərə “Şəkildəki kimdir” deyə sual ünvanlanıb. Sosial şəbəkə istifadəçilərindən biri isə “Namiq Qaraçuxurlu” cavabını yazıb. Meyxanaçı isə sözügedən şərhi yazaraq “Mənim neçə yaşım var ki?” deyə paylaşım edib.

Maraqlısı isə odur ki, izləyicilər bu paylaşımdan sonra belə şəkildəki şəxsin Namiq Qaraçuxurlu olduğunu yazıblar. Sənətçi isə onlara bu sözlərlə cavab verib:

“Mən bu şəkildəki şərhə təəccüblənərkən bu kimi şərhlər yenidən yazılır. Yox, yox, dostlar, bu şəkil Allah bilir neçənci əsrdə çəkilib. Bunun mən olduğunu necə düşünmək olar?”.


///axsam.az