» » "Həcc ziyarətinə getmək mənə də qismət oldu"-


"2007-ci il, Kəbə evinin yanı... 13 il öncə ən böyük arzularımdan biri olan Həcc ziyarətinə getmək çox şükür ki, mənə də qismət oldu".

Bu sözləri iş adamı Ruhi Əliyeva sosial şəbəkədə yazıb. O Məkkədən fotosunu paylaşaraq bu sözləri əlavə edib:


" İnsan bu müqəddəs yeri gördükdən sonra fikirləri, düşüncələri, dünyaya baxışı tamamilə dəyişir. Əslində düşünürəm ki, ora-gedib qayıtdıqdan sonra insanın ömür boyu çiynində böyük bir məsuliyyət olur və olmalıdır. Fotoda yanımda olan Zahirə müəllimə və Rəna xanım isə, müqəddəs ziyarətin mənə qazandırdığı dəyərli insanlardır. Allah bütün müsəlmanlara bu şərəfli yolu getməyi nəsib etsin. Amin!"


///big.az