» » “Əri ölən qadına 800 manat təklif etdilər ki... -


"Süpürgəçi qadına 800 manat təklif etdilər ki, ölən yoldaşına korona diaqnozu qoyulsun".

Bu barədə müğənni Nura Suri öz rəsmi sosial şəbəkə hesabı ilə paylaşımların birində şərh yazıb.

O bildirib ki, süpürgəçi işləyən qadına təklif ediblər ki, 800 AZN qarşılığında həyat yoldaşının koronavirusdan öldüyünü desin.

"Bizim məhlədə süpürgəçi işləyən qadın həyat həyat yoldaşı rəhmətə gedib. O gün danışırdı ki, təcili yardım 800 AZN təklif etdi ki, həyat yoldaşımın korona virusdan öldüyü ilə razılaşım.

O da razılaşmayıb. Mən hələ heç nə başa düşə bilmirəm”, – deyə sənətçi qeyd edib. / Hokm.az