» » Parlayan ulduz -


Azərbaycanın xalq artisti, tanınmış estrada ulduzu Aygün Kazımova  ulu öndər Heydər Əliyevin 96-cı il dönümünə və Heydər Əliyev fondunun 15 illiyinə həsr olunmuş konsert proqramında səhnəyə çıxıb.

starxeber.az xəbər verir ki, Heydər Əliyev mərkəzinin qarşısında təşkil olunmuş konsert proqramında sənətçi öz ifası ilə hər kəsə xoş ovqat bəxş edib. Xalq artist A.Kazımova konsert proqramında 2 mahnı ifa edib. Ölkənin əsas ulduzu “Duy” adlı  mahnısını tək, daha sonra isə Raufla “Aya” duetini ifa edib.

Dünyaca məşhur azərbaycanlı dizayner Rüfət İsmayılın kolleksiyasından geyinən Kazımova səhnədəki qızılı libası ilə diqqət çəkib.