» » Moskvada karantin rejimi uzadıldı


Moskvada koronavirus pandemiyası səbəbindən tətbiq edilən bəzi məhdudiyyətlər iyunun 14-dək uzadılıb.

Showxeber.Az xəbər verir ki, bu barədə şəhər meri Sergey Sobyanin fərman verib. Belə ki, özünütəcrid rejimi, buraxılış məntəqələrində nəzarətin gücləndirilməsi və digər tədbirlər uzadılıb.

İyunun 1-dən isə Moskvada avtosalonlar, qeyri-ərzaq mağazaları və idman zalları fəaliyyətə başlayacaq.

Qeyd edək ki, Moskvada 171 min nəfər koronavirusa yoluxub, 67 min nəfər sağalıb, 2183 nəfər isə virusdan dünyasını dəyişib.