» » Renka aztəminatlı ailələr üçün iftar süfrəsi açdı -


Tanınmış rəqqasə Renka Ağamuradova  Ramazan ayı münasibətilə iftar süfrəsi açıb. 

starxeber.az-ın məlumatına görə, mərasimə sənət aləminin tanınmış simaları, eləcə də oruc tutan insanlar qatılıblar.

Şəhər restoranlarının birində verilən iftar yeməyinə aztəminatlı ailələri də dəvət olunublar. 

Rəqqasə səhhəti ilə bağlı oruc tuta bilmədiyini və bu yolla savab qazanmaq istədiyini bildirib.