» » Bakıda koronavirusa yoluxan jurnalistin anası vəfat etdi


Koronavirusa yoluxan jurnalist Anar Cəfərsoyun anası Zöhrə Cəfərova vəfat edib.

starxeber.az xəbər verir ki, bu barədə “Sputnik Azərbaycan”a Zöhrə Cəfərovanın yaxınları məlumat veriblər.

Bildirilib ki, Zöhrə Cəfərova dünən axşam saat 21 radələrində Mərkəzi Neftçilər Xəstəxanasında dünyasını dəyişib. Onun 69 yaşı vardı. Mərhum Ağdamda dəfn ediləcək:

“Bizə toplaşmağa icazə verilmir. Övladları Zöhrə Cəfərovanı dəfn etmək üçün hazırda Ağdamdadırlar. Zöhrə Cəfərova böyrək çatışmazlığından da əziyyət çəkirdi. Koronavirusa yoluxması onun səhhətini daha da ağırlaşdırdı. Xəstəlik müalicəyə tabe olmadı. Xəstə vaxtı onu süni tənəffüs aparatına da qoşmuşdular”.

Qeyd edək ki, Z.Cəfərova Bakı Tikiş Evində çalışan zaman koronavirusa yoluxub. Onun oğlu A.Cəfərsoy hazırda koronavirusdan xəstəxanada müalicə alır.