» » Putinin sevgilisi əkiz anası oldu


Rusiya prezidentinin sevgilisi, məşhur gimnast Alina Kabayeva ana olub.

starxeber.az "Dom2Life.ru"ya istinadən xəbər verir ki, Kabayevanın əkizləri dünyaya gəlib.

O, övladlarını mayın 7-də Moskvanın Kulakova adına Ginekologiya və Mamaçalıq Mərkəzində dünyaya gətirib. Uşaqların ikisinin də oğlan olduğu bildirilib. 

Keçmiş idmançı üçün xüsusi palata ayrılıb və onunla eyni mərtəbədə olan şəxslərin xəstəxananın başqa yerlərinə köçürüldüyü iddia olunub.

Qeyd edək ki, Alina Kabayevanın ana olması barədə 2013-cü ildə də xəbərlər yayılmışdı.

Xatırladaq ki, Alina Kabayeva 2000-ci ildə Sidneydə keçirilən olimpiyada oyunlarında gümüş medal sahibi olub.. İddialara görə məhz bundan sonra Putinlə onların arasında sevgi macərası başlayıb. Alina qələbəsindən sonra Rusiyann ən gözəl qadınları sırasında daxil olmağı bacarır. Daha sonra isə Putinin liderlik etdiyi partiyadan parlamentə öz namizədliyini verir və millət vəkili olur.