» » Bakıda iki yaşlı qız faciəvi şəkildə öldü


Dünən saat 14:00 radələrində Bakıda iki yaşlı qız bədbəxt hadisənin qurbanı olub.

starxeber.az xəbər verir ki, bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, Sabunçu rayonu, Pirşağı qəsəbəsinin Qızılqum yaşayış massivində 2018-ci il təvəllüdlü E.K. həyətlərində yerləşən hovuzda boğulub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.