Pauerliftinq üzrə üçqat dünya və üçqat Avropa çempionu Bayram Əliyev koronavirusa yoluxub.
starxeber.az-ın Oxu.Az-a istinadən verdiyi xəbərə görə, Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin mayoru olan idmançının testi pozitiv çıxıb.
Hazırda o, süni nəfəs aparatına qoşulub və müalicəsi davam etdirilir.