» » Çağatay Ulusoyla Duygu Sarışın ayrılıb - Serenaya görə...


Türkiyənin məşhur aktyoru Çağatay Ulusoy sevgilisi Duygu Sarışından ayrılıb.

starxeber.az türk mətbuatına istinadən xəbər verir ki, cütlüyün ayrılmasına isə bu yaxınlarda sevgilisi Kerem Bürsinlə yollarını ayıran aktrisa Serenay Sarıkayanın səbəb olduğu iddia edilib.

Aktyorun keçmiş sevgilisi Serenayla yenidən görüşdüyü irəli sürülüb. Çağatay və Duygu "İnstagram"da bir-birini təqibdən çıxarıb.

Qeyd edək ki, Çağatay və Serenay 2013-2015-ci illərdə eyni serialda rol alıb və sevgili olub. Cütlük daha sonra ayrılıb.