» » "Nişanlım istəsə, müğənniliyi ataram" -


Müğənni Sevda Yahyayeva həkim nişanlısı Zakir Bayramovdan danışıb.

"MTV Azərbaycan"da qonaq olan sənətçi nişanlanması haqda məlumatın yayılmasını istəmədiyini bildirib. O qeyd edib ki, toyla bağlı heç bir plan qurmayıb:

"İstəyirdim sürpriz olsun, xəbər yayılmasın. Amma yazıldı və məcbur mən də açıqlama verdim. Nişanlım məni televizorda, tədbirlərdə görüb və izləyirmiş. Mənə yazmazdan əvvəl proqramda görüb və sosial şəbəkədə yazıb. Nömrəm onda olmadığı üçün İnstaqramda yazmalı olub. Deyir ki, əvvəl çox düşündüm, sonra qərara gəldim və yazdım. Qismət, mən də o qədər mesaj arasından ona cavab vermişəm".

Heç vaxt xəyal qurmamışam ki, mənim belə gözəl gəlinliyim, dəbdəbəli toyum olsun. Əsas odur ki, xoşbəxt ailə həyatım olsun. Karantin düşdü, biz də nişanlımla bir-birimizi tanımağa vaxtımız oldu. Ailədə xoşbəxtliyi bir-birini anlamaqda, qarşılıqlı anlayışda görürəm. Bu varsa, hər şey yaxşı olacaq. Sevgi də bundan sonra başlayır".

Sevda nişanlısının ona sənəti ilə bağlı qadağalar qoymadığını açıqlayıb:

"Sənətimi, səhnədə olmağı çox sevirəm. Amma qadağa qoysa, sənətdən getməyimi istəsə, onunla dava etmərəm. O, mənə bununla bağlı qadağa qoymur. Qarşı tərəfdən dəstək var. Lakin gələcəkdə seçim qarşısında qalsam, əlbəttə ki, ailəmi seçərəm".

///axsam.az