закрыть
Test

Test2

“Müsəlmanı yaxşı tanıyıram, polis olmasa, bir-birinin ətini yeyərlər...“  - Rəşid Mahmudov

Sosial 10-iyn, 00:33 1 009
“Bu ölkə düzəlməlidir, belə olmaz. Qayda-qanuna riayət etmək lazımdır”

Bunu tanınmış ictimai xadim, Tibb Universitetinin dosenti Rəşid Mahmudov deyib. 

R.Mahmudov polis zibil atan vətəndaşların hərəkətini tərbiyyəsizlik adlandırıb:

“Bu ölkə düzəlməlidir, belə olmaz. Qayda-qanuna riayət etmək lazımdır. Polisin başına binadan zibil atmaq tərbiyyəsizlikdir. Lap ordan keçən polis deyil, mənəm, niyə mənim başıma zibil atırsan? Düzdü, polislərin də içində danışığını bilməyən, vətəndaşla düzgün danışmayanları var və onlar da cəzasın alır. Amma insanlar da dövlətin polisinə hörmətlə yanaşmalıdır, onlar bizi qoruyur. Polis olmasa, müsəlmanı yaxşı tanıyıram, bir-birinin ətini yeyər.

Əli Həsənov kimilər bu hakimiyyətdə olanda çox işlər gördülər. Xaricdə yaşayan və onların əleyhinə danışan adamların burda ölülərini təhqir edirdilər. Belə olmaz qardaş, bu cür hərəkətlər bizi dünyaya vəhşi millət kimi təqdim edir. Söyüşlə siyasət olmur, ətrafımızı bu cür adamlardan təmizləməliyik”. /Moderator.az
Oxşar xəbərlər

SON XƏBƏRLƏR