» » Bu dəfə Dilarə Röyanı təkrarladı


Müğənni Dilarə Kazımova yeni fotosessiyasını izləyiciləri ilə bölüşüb.

starxeber.az xəbər verir ki, sənətçinin yeni fotosessiyasını sosial şəbəkə istifadəçiləri oğurluq adlandırıb. Dilarənin şəkilləri Xalq artisti Röya Ayxanın bir neçə müddət əvvəl etdirdiyi fotosessiyaya bənzədilib.

izləyicilər ifaçının Röyanı təkrarladığını vurğulayıblar. Şəkillərdə hər iki müğənninin tərzi, duruşu və şəkillərin fonunda bənzərlik diqqətdən qaçmayıb.
Onu da qeyd edək ki, hər iki fotoların müəllifi Ruslan Nəbiyevdir və şəkillər eyni studiyada lentə alınıb.