» » "Çelsi" final biletlərini satışa çıxardı


"Çelsi" Bakıda keçiriləcək Avropa Liqasının final oyunu üçün biletləri satışa çıxarıb.

starxeber.az qol.az-a istinadən xəbər verir ki, satışa çıxarılan 5801 biletin qiyməti 20-140 avro arası dəyişir.

Onlayn formada 5 mərhələdə satılacaq biletləri ilk olaraq "sadiqlik balına" sahib olan fanatlar ala bilərlər. Yalnız bundan sonra qalan biletlər abunə kartına malik şəxslərə satılacaq.


Qeyd edək ki, "Çelsi" və "Arsenal" arasında Bakı Olimpiya Stadionunda keçiriləcək final oyunu mayın 29-u yerli vaxtla 23:00-da başlayacaq.