» » Roza Zərgərli yenə onu seçdi


Müğənni Roza Zərgərli karantin ərəfəsində yaradıcılığında bir çox yeniliklər edib.


starxeberAZ  xəbər verir ki, sənətçi evdə oturduğu müddətdə layihələr haqda fikirləşdiyini deyib. Zərgərli ilk olaraq duetini təqdim edəcəyini söyləyib. O bildirib ki, bu dəfə də duet ortağı müğənni Əkbər Əliyev olacaq: "Çalışacağıq ki, 20 günə duet təqdim olunsun. Mahnı "Gecələr qara" adlanır. Bəstəkarı Arzu Abasovadır. Fikrimcə, gözəl mahnıdır. Seviləcəyinə ümid edirəm". R.Zərgərli solo konsertə hazırlaşdığını da bildirib. O qeyde dib ki, karantin bitən kimi konsert tarixini dəqiqləşdirəcək.