» » Aygünün bu dəfəki tərəf müqabili kimdir? -


Azərbaycanın xalq artisti, tanınmış estrada ulduzu Aygün Kazımova  xaricdən gələn fəxri qonaqlarını vətənimizdə qəbul edib.

starxeber.az xəbər verir ki, xaricdən gələn peşəkar komandada  Hollivud ulduzu Lady Gaga ilə birgə çalışan, rusiya şou biznesin parlaq simalarını geyindirən dünyaşöhrətli modelyer və dizayner Bessarion və SSRİ xalq artisti Alla Puqaçova ilə çalışan klipmeyker-dizayner əslən özbək əsili olan Alisher yer alıb.

Xaricdən gələn komanda sırf bizim Kazımova ilə növbəti dəfə iş birliyinə imza atmaq üçün yenidən Azərbaycana təşrif buyurublar.

Qeyd edək ki, Aygünün  Bessarion və Alisherlə birgə bundan öncə də işbirliyi olub.