» » Hande Erçel "Dünyanın ən gözəl qadın"ı seçildi - Selena Qomezi geridə qoydu


Türkiyənin tanınmış aktrisası Hande Erçel ABŞ-da fəaliyyət göstərən "Top Beauty World" jurnalının keçirdiyi səsvermədə 2019-cu ilin ən gözəl qadınlarından biri seçilib.

Gənc aktrisa Teylor Svift, Selena Qomez, Emilia Klark, Sofiya Törner və Barbara Palvin kimi dünya şöhrətli ulduzları geridə qoyub.

Səsvermə nəticəsində 25 yaşlı Erçel "Dünyanın ən gözəl qadını" adına layiq görülüb.

Digər türk aktrisası Fahriye Evcen 36-cı sırada qərarlaşıb.


///Open.az