» » Narkoloji Mərkəzi yandırana ömürlük həbs verildi


Ötən il martın 2-də Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı təqsirləndirilənlərə hökm oxunub.

starxeber.az-ın "Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov ömürlük azadlıqdan məhrum edilib.



Mərkəzin direktoru Telman Məmmədhəsənov 4 il, Mərkəzin yanğın təhlükəsizliyinə cavabdeh Mahir Abdullayev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib, şöbə müdiri Afət Məmmədovaya isə şərti cəza verilib.

Qeyd edək ki, yanğın nəticəsində 25 nəfər ölüb, 29 nəfər xəsarət alıb.