» » Məşhur Hollivud ulduzu "İnstagram"da məktub paylaşdı - İntihar etdi


Məşhur Hollivud ulduzu, 42 yaşlı aktyor Ayzik Keppi "İnstagram" hesabında məktub paylaşıb və daha sonra intihar edib.

starxeber.az xarici mətbuata istinadən xəbər verir ki, "Terminator: Salvation" filminin ulduzu məktubunda yaxşı insan olduğuna inandığını, lakin elə olmadığını bildirib. O, həyatı boyu pis bir insan olduğunu söyləyib.

"Yaxşı insan olduğuma inanırdım. Amma elə deyiləm. Əslində həyatım boyu pis insan oldum. İnsanlardan pul üçün istifadə etdim. Bir çox şəxlərin güvənini itirdim, onlara xəyanət etdim. İçki, narkotik, siqaretdən istifadə edərək, bədənimə xəyanət etdim. Məni sevən insanlardam sui-istifadə etdim. Qumara pul xərclədim. O qədər çox xərclədim ki, gələcəyimi qurban etdim. Artıq həyatda itirəcək heç bir şeyim yoxdur", - seyə aktyor yazıb.

Qeyd edək ki, 1977-ci ildə dünyaya gələn aktyor "Thor", "Klown Kamp Massacre", "Fanboys" və "Not Forgotten" kimi filmlərdə rol alıb.