» » “Elinanı danışdıran icra başçısının müavinidir” - Röyadan iddia


162 saylı məktəbdə intihar edən 8-ci sinif şagirdi Elina Hacıyevanın ölümü ətrafında qalmaqallar səngimək bilmir.

starxeber.az xəbər verir ki, bu dəfə onun videosunu paylaşan və maraqlı iddia irəli sürən əməkdar artist Röya Ayxan olub.

O, video paylaşaraq, Elinanı danışdıran şəxsin Səbail rayon İcra Hakimiyyəti (BŞİH) başçısının birinci müavini Xalidə Bayramova olduğunu iddia edib:
“Əgər müğənnilik və eşitmə duyumuma güvənirəmsə, bu, çoxlarının tanıdığı Xalidə xanımın səsidir – Səbail rayonu icra başçısının müavinidir. Ay gözəl xanım, bu sualların yeri idi? Uşağı sürücünüzlə xəstəxanaya aparmaq əvəzinə, şəraiti soruşursunuz. Mən də belə böyüdüm. Beşinci sinifdə məktəb direktorunun ayaqabbısını geyinib, dərsə getdim. Çox şükür ona və o günə. Boşanan ailənin qızı idim. Çox şükürlər olsun ki, bu sualları yağdırana əyilmədim. Bəyənməsələr də, ayaqda qalıb, şəxsiyyət oldum. Amma hamı güclü deyil. Baxmayaraq ki, hərdən buna siz məcbur edirsiniz!” deyə, Röya yazıb.



Qeyd edək ki, hadisə 4 apreldə baş verib. Elina Hacıyevanın ona qarşı məktəbdə edilən təzyiqlərdən sonra intihar etdiyi iddia edilir. Məsələ ilə bağlı məktəbin direktoru Sevinc Abbasova işdən çıxarılıb. İstintaq davam edir.