» » Bu da Əhmədin yaz ab-havalı klipi -


Müğənni Əhməd Mustafayev yarıdıcılığında növbəti yeniliyi etdi.

starxeber.az xəbər verir ki, ötən günlərdə nostaljiyə köklənən “Dəyərlimsən” klipini yayıma çıxaran ifaçımızın yeni klipi fərqli ampluadadır. Ritmik və yaz əhval-ruhiyyəli klip “Olma dedi” mahnısına çəkilib. Sözləri  Əliağa Vahidə, musiqisi Əhmədin özünə, aranjimanı Şakirə məxsus mahnıya Zaur Məmmədli rejissorluq edib.

Ekran işi bir gün ərzində reallaşıb. Çəkilişlər “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda və eyni zamanda Mərəzə ərazisi yaxınlığında baş tutub. Klipdə Əhməd iki geyim dəyişib.

Ekran işi Ə.Mustafayevin rəsmi “YouTube” kanalına yerləşdirilib.