Bu gün və sabah Bakının Suraxanı rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə starxeber.az-a “Azərsu” ASC-dən bildirilib. Məlumatda deyilir ki, magistral su kəmərlərində aparılan yenidənqurma işləri ilə əlaqədar mayın 21-22-də Suraxanı, Hövsan, Əmircan və Qaraçuxur qəsəbələrinə su fasilələrlə veriləcək.
Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.