» » "Bakı Mxitaryanın təhlükəsizliyinə zəmanət verib" -


"Bakı "Arsenal"ın erməni futbolçusu Henrix Mxitaryanın təhlükəsizliyinə tam zəmanət verib".

starxeber.az xəbər verir ki, bu sözləri Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə "Sky News" nəşrinə açıqlamasında bildirib.

Tağızadə Azərbaycanda futbolçunun təhlükəsizliyinə zəmanət verilməsini demək üçün Mxitaryanın onunla birbaşa əlaqə saxlamasını təklif edib.

Səfir xatırladıb ki, Mxitaryanın problemi Bakının icazəsi olmadan Qarabağa baş çəkməsi və buna görə qara siyahıya salınması olub. Onun sözlərinə görə, bu heç vaxt onun təhlükəsizliyinin təminatına təsir etməyəcək.

Qeyd edək ki, İngiltərənin “Arsenal” klubu mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçında "Çelsi" ilə üz-üzə gələcək. “Arsenal” təhlükəsizlik səbəbindən erməni futbolçusu Henrix Mxitaryanı Avropa Liqasının Bakıda keçiriləcək final oyununa gətirməyəcəyini bildirib.