» » “Truth” iTunesdə 1-ci oldu -


“Eurovision 2019” təmsilçimiz Çingiz Mustafayev bir ilkə imza atıb.

starxeber.az xəbər verir ki,  müsabiqədə ifa etdiyi “Truth” mahnısı “Itunes Top 100”də  liderlik edir.

Mahnı 4 gün ərzində Azərbaycanda  ən çox  yüklənənlər sırasında 1-ci pilləyə  yüksəlib. Beləliklə, sənətçi onunla eyni kateqoriyada olan  Rihanna, Adele, İndila, İrem Derici, Sia, PSY, Emin, Rafet El Roman, Selena Gomez, Katy Perry, Ayla Çelik və Castin Biber kimi məşhur müğənniləri geridə qoyub.
Qeyd edək ki, Çingiz “Eurovision”da 7-ci yerə çıxıb.