» » "Uşaqlar günü"ndə Aygün fırtınası əsəcək -


Xalq artisti Aygün Kazımova 1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə konsert verməyə hazırlaşır.  

starxeber.az xəbər verir ki, "Aygün şou" adlı konsert saat 20:00-da Heydər Əliyev Mərkəzinin parkında start götürəcək.

Gecədə sənətçi tamaşaçılara maraqlı repertuar təqdim edəcək. 

Qeyd edək ki, konsertə giriş sərbəstdir.