» » 2 yaşlı uşağını qucağına alıb intihar edən qadının son paylaşımı kövrəltdi


33 yaşlı qadın 2 yaşlı qızını da qucağına alaraq intihar edib.

starxeber.az Milli.Az-a  stinadla xəbər verir ki, Avstraliyada yaşayan alman əsilli 33 yaşlı Tanja Ludwig 2 yaşlı qızı Tilly-ni də qucağına alıb, özünü körpüdən atıb.

Onların cəsədi Sidneyin cənubundakı Vollonqonq vilayətindəki turizm mərkəzinə aid körpünün altından tapılıb.

Qadının inthardan əvvəl sosial şəbəkədə status yazdığı məlum olub. O, özünü öldürməzdən əvvəl Facebook-da "Yaxşı və ya pis vəziyyətindən asılı olmayaraq bəzən hamının dəstəyə ehtiyacı olur", - sözlərini yazıb.

O, həmçinin borc siyahısını və sağlamlığı ilə bağlı atdığı dərmanların qəbzlərinin fotolarını da paylaşıb.
Onları tanıyan şəxslərin dediyinə görə, qadın bir neçə ildir ki, Avstarliyada qızı ilə birlikdə yaşayıb.