"Eurovision 2019" mahnı müsabiqəsinin nəticələri dəyişdirilib.
Avropa Yayım İttifaqı (AYİ) tərəfindən yayımlanan bəyanatında bildirilir ki, Belarusun münsiflər heyətinin müsabiqənin qaydalarına riayyət etməyərək birinci yarımfinalda səslərin açıqlanmasından sonra Belarusun münsiflər heyətinin səsləri ləvğ edilib və əvəzində səsvermə monitoru “Ernst & Young ” şirkəti tərəfindən təsdiqlənən və digər ölkələrin səslərinə uyğun olaraq səsvermə həyata keçirilib.
Avropa Yayım İttifaqı (AYİ) tərəfindən hazırlanan səslərdə insan səhvi olduğu ittifaq tərəfindən təsdiq edilib və səsvermə qaydalara uyğun olaraq düzəldilib. Buna baxmayaraq müsabiqənin ilk 4 yerində hər hansı bir dəyişiklik baş verməyib.
Yeni səslərə əsasən Azərbaycan 1 pillə geriləyərək 302 xal ilə 8-ci yerdə qərarlaşıb.