» » "Pozğun müğənnilərin bahalı maşını, evi var" -


Tanınmış meyxanaçı Aqşin Fatehlə və müğənni Nazənin 5-də 5 proqramında qonaq olub.

starxeber.az BiG.AZ-a istinadən xəbər verir ki, aparıcı Zaurun "Hansı müğənnilər nə ətdir, nə də balıq" sualına meyxanaçı Aqşin Fateh cavab verib. O bildirib ki, hazırda 90% müğənnilər nə ətdir nə də balıqdır. Ümumuyyətlə bilinmir nədirlər?! Meyxanaçının bu cavabı Nazəninin xoşuna gəlməyib. İfaçı Aqşinə aqresiya ilə cavab verib:

"Mən razılaşmıram. Hələ Aqşin üçün çox tezdir müğənnilərdən danışmaq. O qədər dəyərli sənətkarlar var ki... Gərək bəzilərini deyərdi".

Aqşin Fateh isə cavabında belə qeyd edib:
"Hərənin bir baxış tərzi, bir düşüncəsi var. Mən indi şou-biznesdəki gündəmdən danışıram. Müğənnilərin 85 faizi götürüb yeməklərini, evlərini, maşınlarını qoyub ortalığa reklam edirlər. Nə acı, nə hamiləni, nə də kasıbı düşünmürlər. Mən özümdə olanı göstərirəm, kimsə baxıb deyər ki, bəxtəvər başına. Elə pozğun (üzr istəyirəm) müğənnilər də var ki, onların lüks maşınları, evləri, geyimləri, şəraitləri var. O kasıb evdə yaşayanlarda baxır ki, mən də belə yaşamaq üçün bu yolla getməliyəm. Onlardan ibrət götürürlər".

Tanınmış meyxanaçı Namiq Məna da Aqşin fatehlə razılaşıb. O, atalar misalı çəkərək bunu qeyd edib: 

"Xəstənin yanında sağlamlığınla, kasıbın yanında isə var-dövlətinlə öyünmə".