» » "Birinci qardaşım, ikinci atam getdi" -


"Birinci qardaşım getdi, ikinci atam. Dərt mənim və ailəmindir. Qardaşım 21, atam 69 yaşında dünyasını dəyişdi".

Bu sözləri müğənni Kərim Abasov İnstaqram səhifəsində yazıb. Atası və qardaşının məzarının şəklini yayımlayan sənətçi ünvanına yazılan tənqidlərə cavab verib:

"Allah hər kəsin ölənlərinə rəhmət eləsin. Hətta mənə rişxənd edib, lağa qoyanların da ölənlərinə qəni-qəni rəhmət diləyirəm. Dərdimi mənim kimi çəkənlər bilər. Bu gün atamın üçüncü cümə axşamıdır".

Qeyd edək ki, Kərimin atası bir neçə jəftə əvvəl ağır xəstəlikdən dünyasını dəyişib. 


///Axsam.az