» » Azərbaycanlı aparıcı Naz Milanı görün necə müdafiə etdi


Allah qəlbləri görəndir, qəlbləri biləndir
Azərbaycanlı aparıcı Türkan Heydərova ötən gün ailə həyatı quran azərbaycanlı model Naz Milanın müdafiəsinə qalxıb.
Türkan onu ailə qurduğuna görə ələ salan və təhqir edən insanlara səslənib:

"Bu qədərmi qəlbi qara, bu qədərmi pis insanlarsınız ki, kiminsə xoş gününə sevinə bilmirsiniz? Allah xoşbəxt etsin, deyib sadəcə öz işinizlə məşğul ola bilərsiniz. Allah qəlbləri görəndir, qəlbləri biləndir. Demək ki, Nazın qəlbi gözəldir ki, Allah ona xoş gün qismət edib".

Qeyd edək ki, Naz Mila Türkiyədə qatıldığı evlilik verilişindən sonra məşhurlaşıb.

///Aznews.az